31 may 2013 16:38
Yuri Syomindən Petrkeviçə yaşıl işıq
“Simurq”la yollarını ayıran David Petrkeviç karyerasını “Qəbələ”də davam etdirəcək. Azerisport.az xəbər verir ki, Zaqatala klubu ilə yeni müqavilə bağlamaqdan imtina edən futbolçu mövsüm başa çatan kimi vətəni Polşaya yollanıb.
O, istirahətdən döndükdən sonra “Qəbələ” ilə müqavilə imzalayacaq. Tərəflər bununla bağlı hələ David vətəninə yollanmazdan öncə ilkin razılıq əldə ediblər.
Artıq bölgə klubunun yeni baş məşqçisi Yuri Syomin də onun alınmasına razılıq verib. O, qapıçının bir neçə oyununu izlədikdən sonra Petrkeviçin alınmasına etiraz etməyib.
Sonda onu da qeyd edək ki, iyunun 1-də Petrkeviçin toyunun olması gözlənilir.
