31 may 2013 17:07
Elhad Nəzirinin komandasının oyununda böyük qalmaqal (VİDEO)
Futbol üzrə Rumıniya çempionatının son turunda keçirilən "Petrolul" - "Gaz Metan" matçı böyük qalmaqalla yadda qaldı. Azerisport.az xəbər verir ki, 1:0 hesabı ilə öndə olan qonaq komandanın futbolçusunun yerə yıxılaraq vaxt uzatması meydan sahiblərinin kəskin etirazına səbəb olub. Belədə iki komanda arasında gərginlik yaşanıb. Matçın baş hakimi isə bu oyunda 13 futbolçuya sarı, 6 oyunçuya isə qırmızı vərəqə göstərib. Qırmızı vərəqələrdən dördü qonaq, ikisi isə ev sahibi komandann oyunçularına verilib.
Onu da qeyd edək ki, “Petrolul”da yığmamızın üzvü Elhad Nəziri də çıxış edir. O, bu oyunu ehtiyac oyunçular skamyasından izləyib və meydana çıxmayıb.
Həmin qalmaqallı anları təqdim edirik:
