31 may 2013 17:22
“Syomin mənim Qəbələdə oynayan məşqçi olmağımı istəyir”
Futbol üzrə Azərbaycan yığmasının və “Simurq”un sabiq qapıçısı Dmitri Kramarenko “Qəbələ”yə keçidindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Qəbələdə keçirilən turnirlə əlaqədar müqavilənin imzalanması gələn həftəyə təxirə salındı. Bazar ertəsi klub rəhbərliyi ilə görüşməliyəm. Elə həmin görüşdən sonra müqaviləyə imza atacağıq. Böyük ehtimalla bir illik anlaşma olacaq. “Qəbələ”də oynayan məşqçi kimi çalışacağam. Çünki Yuri Syomin belə istəyir. Yəni lazım gələndə meydana çıxa biləcəm”.