1 iyun 2013 18:25
Rusiya kubokunun qalibi bəlli oldu
Futbol üzrə Rusiya kubokunun final oyunu keçirib. Azerisport.az xəbər verir ki, həlledici görüşdə CSKA (Moskva) və "Anji" komandaları qarşılaşıb.
Oyunun ilk 90 dəqiqəsində hesab 1:1 olduğu üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Burada isə CSKA rəqibini 4:3 hesabı ilə məğlub edərək kubokun sahibi olub.
Qeyd edək ki, Mosvka təmsilçisi bu mövsüm Premyer Liqanın da qalibi olub.
