1 iyun 2013 22:05
“Hər iki komanda qələbə qazanmağa layiq idi”
Bakıda təşkil olunan III Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilmiş Uruqvay – Yaponiya matçından (1:2) sonra hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, çalışdırıcılar bunları dilə gətiriblər:
Alexandro Qaray (Uruqvay yığmasının baş məşqçisi): “Bizə heç-heçə sərf etdiyindən daha çox müdafiəyə diqqət ayırdıq. Nəticədə son dəqiqələrdə qapımızdan qol buraxdıq. Yaponiya yığmasını qələbə qazanması münasibətilə təbrik edirəm”.
Yoşitake Hirofumi (Yaponiya yığmasının baş məşqçisi): “Hər iki komanda qələbə qazanmağa layiq idi. Bizə heç-heçə sərf etmədiyindən son dəqiqələrdə irəli atıldıq və lazım olan qolu vurduq. Ötən il 17 yaşadək qadınlardan ibarət komandalar arası dünya çempionatının Azərbaycanda təşkil olunması budəfəki Caspian Cup turnirinə də müsbət mənada öz təsirini göstərib. II Caspian Cup turniri ilə müqayisədə bu dəfə təşkilatçılıq daha yüksək səviyyədə qurulub”.
