1 iyun 2013 22:15
“Bacardığımızı etdik, gücümüz buna çatdı”
Bakıda təşkil olunan III Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilmiş Özbəkistan – Türkiyə matçından (0:3) sonra hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, çalışdırıcılar bunları dilə gətiriblər:
Timur Alimhodjayev (Özbəkistan U-17 yığmasının baş məşqçisi): "Heyətimiz digər komandalarla müqayisədə daha aşağıyaşlı futbolçulardan təşkil edilib. Biz Bakıya əsasən 15 yaşlı uşaqlarla gəlmişik. Oyuna gəldikdə, bacardığımızı etdik. Gücümüz buna çatdı. Komandamın gələcəkdə daha yaxşı çıxış edəcəyinə inanıram. Türkiyəni isə qələbə münasibəti ilə təbrik edirəm".
Hakan Tecimer (Türkiyə U-17 yığmasının baş məşqçisi): "Gözəl oyun izlədik. Uşaqlar ikinci qolu gec vurduqlarına görə həyəcanlı idilər. İkinci qolu vurulduqdan sonra daha rahat oynadıq və nəticədə rəqibi üçüncü dəfə meydanın mərkəzinə dəvət etdik".
