2 iyun 2013 00:04
“Finalda Azərbaycan yığması ilə qarşılaşmaq istərdik”
Bakıda təşkil olunan III Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilmiş Gürcüstan – Bolqarıstan matçından (2:0) sonra hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, çalışdırıcılar bunları dilə gətiriblər:
Nodar Akobiya (Gürcüstan U-17 yığmasının baş məşqçisi): "Qələbə qazandığımıza görə çox şadıq. Bolqarıstan yığmasının oyunu xoşumuza gəldi. İstəyirik ki, ötənilki nailiyyətimizi təkrarlayaq. Finala çıxsaq, yenə Azərbaycan yığması ilə qarşılaşmaq istərdik".
Petar Pençev (Bolqarıstan U-17 komandasının baş məşqçisi): "Bərabər səviyyəli oyun oldu. İkinci hissədə bir dəqiqə ərzində iki kobud səhvə yol verdik və bu, oyunun taleyini həll etdi. Təəssüf ki, yarımfinala adlaya bilmədik".
