2 iyun 2013 00:31
Yığmamızın baş məşqçisi: Böyük sevinc hissi keçirirəm
Bakıda təşkil olunan III Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilmiş Azərbaycan – ABŞ matçından (2:1) sonra komandamızın baş məşqçisi Nikolay Adam fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı çalışdırı bunları dilə gətirib:
"Güclü rəqibə qarşı gərgin və maraqlı oyuna şahidlik etdik. Əsas razı qaldığım məqam hesabda geri düşdükdən sonra özümüzdə qüvvə taparaq tarazlığı bərpa etməyimiz, sonra isə hesabda irəli keçməyimiz oldu. Təbii ki, qələbə qazandığımız üçün böyük sevinc hissi keçirirəm".
