2 iyun 2013 00:23
Neftçinin ÇL-dəki potensial rəqibləri: yalnız bir naməlum qalır
Məlum olduğu kimi, UEFA Çempionlar Liqasının 2013/14 mövsümündə Azərbaycanı yenə son çempion “Neftçi” təmsil edəcək. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi ənənəvi olaraq qitənin ən nüfuzlu klub turnirinin ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
Artıq Azərbaycan təmsilçisinin bu turnirdəki potensial rəqiblərinin demək olar ki, hamısı bəllidi. Bəribaşdan qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsinin püşkatması zamanı “Neftçi” səpələnmişlər sırasında yer alacaq. Bu isə komandamızın güclülər sırasında olub, nisbətən zəif klublarla qarşılaşacağı anlamına gəlir. 34 komandanın iştirak edəcəyi ikinci mərhələdə 17 klub səpələnmişlər, bir o qədəri də səpələnməmişlər səbətində yer alacaq.
Bu mərhələdə iştirak etmək hüququ qazanan klublardan artıq aşağıdakılar məlumdu:
|
Səpələnmişlər
|
Səpələnməmişlər
|
|
BATE (Belarus)
|
Zeljezniçar (Bosniya və Herseqovina)
|
|
Celtic (Şotlandiya)
|
Hafnarfjordur (İslandiya)
|
|
Steaua (Rumıniya)
|
Gyor (Macarıstan)
|
|
Viktoria (Çexiya)
|
TNS (Uels)
|
|
Dinamo (Zaqreb, Xorvatiya)
|
Ludogorets (Bolqarıstan)
|
|
Partizan (Serbiya)
|
Sligo Rovers (İrlandiya)
|
|
Legia (Polşa)
|
Şaxtyor (Qazaxıstan)
|
|
Sheriff (Moldova)
|
Skenderbeu (Albaniya)
|
|
Maribor (Sloveniya)
|
Birkirkara (Malta)
|
|
Slovan (Slovakiya)
|
Cliftonville (Şimali İrlandiya)
|
|
Elfsborg (İsveç)
|
Daugava (Latviya)
|
|
Maccabi (Təl-Əviv, İsrail)
|
Sutjeska (Monteneqro)
|
|
Molde (Norveç)
|
Nomme Kalju (Estoniya)
|
|
HJK (Finlandiya)
|
Fola (Lüksemburq)
|
|
Ekranas (Litva)
|
Makedoniya çempionu
|
|
Neftçi (Azərbaycan)
|
İlk mərhələnin qalibi
|
|
Dinamo (Tiflis, Gürcüstan)
|
İlk mərhələnin qalibi
|
İkinci təsnifat mərhələsində çıxış etməli olacaq yalnız bir komandanın hansı olacağına hələlik aydınlıq gəlməyib. Bu, Makedoniya çempionudu. Özü də bu ölkənin naməlum təmsilçisi məhz Azərbaycan çempionunun potensial rəqibləri sırasındadı.
Eyni zamanda Andorra, Farer adaları, San-Marino və Ermənistan klublarının oynayacağı birinci təsnifat mərhələsinin 2 qalibi də mütləq “Neftçi”nin potensial rəqibi olacaq. Həmin klublar isə bunlardı: Streymur (Farer adaları), Lusitanos (Andorra), Shirak (Ermənistan) və Tre Penne (San-Marino).
Qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 16-17-də, cavab görüşləri isə həmin ayın 23-24-də keçiriləcək.
