1 iyun 2013 12:02
Atleticonun prezidenti iyunun 3-də Bakıya gələcək
İspaniyanın “Atletico” klubunun prezidenti Enrike Serezo yenidən Azərbaycana gəlir. Azerisport.az xəbər verir ki, Madrid klubunun rəhbəri iyunun 3-də Bakıya təşrif buyuracaq.
Onun “Bakı”dakı həmkarı Hafiz Məmmədovla görüşü nəzərdə tutulub. Görüşdə “zolaqlılar”ın yeni baş məşqçisinin kimliyi müzakirə olunacaq. Eləcə də, iki klub arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi götür-qoy ediləcək.
Maraq üçün qeyd edək ki, hazırda paytaxt klubunu çalışdırmağa Radomir Antiç, Xose Fransisko Molina və Santyaqo Denia namizəddi. Amma adları bəlli olmayan başqa namizədlərin də olması istisna deyil. Hələlik yalnız o məlumdu ki, “Bakı” yeni çalışdırıcısını iyunun ortalarında təqdim edəcək.
