2 iyun 2013 00:58
Yığmamız beş açıq məşqə çıxacaq
DÇ-2014-ün seçmə mərhələsində iyunun 7-də, saat 21:00-da, "Bakcell Arena"da Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan millisinin bu oyuna hazırlıq məqsədilə Bakıda şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində mətbuat və azarkeşlər üçün açıq məşqlər nəzərdə tutulub. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, komandamız iyunun 3-də, 4-də və 5-də açıq məşqə çıxacaq.
Həmin məşqlərin cədvəlini diqqətinizə çatdırırıq:
03.06.2013
Saat 10:45. "Bakcell Arena"
Saat 17:15. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
04.06.2013
Saat 10:45. "Bakcell Arena"
Saat 17:15. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
05.06.2013
Saat 17:15. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
