1 iyun 2013 12:33
Xəzər Lənkərandan istefaya dair açıqlama
“Xəzər Lənkəran” klubunun idman direktoru Babək Quliyevin istefaya göndərildiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq klub rəsmi saytı vasitəsilə də bu istefanın rəsmiləşdiyini açıqlayıb:
“Quliyevin bir gün öncə klub rəhbərliyinə ünvanladığı müraciətə baxılaraq bu gün istefasının qəbul olunması haqqında qərar qəbul olunub. Babək Quliyevə “Xəzər Lənkəran”da çalışdığı müddətdə gördüyü işlərə görə klub rəhbərliyi tərəfindən minnətdarlıq edilib və ona gələcək karyerasında uğurlar arzulanıb”.