1 iyun 2013 12:56
Brüs Abdulay hər şeydən danışdı (VİDEO)
“İnter”in müdafiəçisi Brüs Abdulay ötən ilin yayında “İnter”in heyətinə qoşulsa da, komandanın ən dəyərli oyunçularından birinə çevrildi. Azerisport.az xəbər verir ki, futbolçu “İnter TV”-nin qonağı olub.
Konqodan olan müdafiəçi ona həsr olunan proqramda peşəkar futbola gəlişindən danışıb, Fransada keçirdiyi vaxtdan bəhs edib, milli komandadakı karyerasına toxunub və 2012/13-cü il mövsümünü dəyərləndirib.
