1 iyun 2013 13:52
Aleksandr Səmədov: Qəbələdə oynamaq fikrim yoxdu
Futbol üzrə Rusiya yığmasının və Moskva “Lokomotiv”inin Azərbaycan əsilli yarımmüdafiəçisi karyerasını ölkəmizdə davam etdirməkdə maraqlı deyil. Azerisport.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında bunları dilə gətirib:
“İndi Azərbaycandan alacağım təklifə baxmaq fikrim yoxdu. Karyeram ərzində ancaq Moskva klubunda oynamağım təsadüfdü. Mən qeyri-Moskva klublarında da oynamağa hazıram”.
“İndi Azərbaycandan alacağım təklifə baxmaq fikrim yoxdu. Karyeram ərzində ancaq Moskva klubunda oynamağım təsadüfdü. Mən qeyri-Moskva klublarında da oynamağa hazıram”.
Qeyd edək ki, son günlər Səmədovun vaxtilə rəhbərliyi altında oynadığı Yuri Syominin yanına gələcəyi barədə xəbərlər yayılmışdı. Lakin göründüyü kimi, o, keçmiş baş məşqçisinin yeni komandasında oynamaqda maralqı deyil.
