1 iyun 2013 14:10
Zeynal Məmmədov: Bakının yeni rəhbərliyi ispaniyalı menecerlərdən təşkil olunacaq
“Bakı”nın sabiq baş meneceri Zeynal Məmmədov klub rəhbərliyinin tam heyətlə istefaya göndərilməsinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Prezident Hafiz Məmmədov “Bakı” üçün lazım olan hər şeyi etməyə hazırdı. O, komandanın uğur qazanması üçün hər cür şərait yaradıb. Bizə də onun ümidlərini doğrultmaq lazım idi. Amma “Bakı” son mövsümü tamamilə boşa verdi. Bu üzdən də dəyişikliyə ehtiyac var idi. Bu, təkcə oyunçulara və məşqçilərə yox, rəhbərliyə də aiddi. Hər şeyə Hafiz Məmmədov qərar verib. O, necə desə, elə də olacaq. Yeni rəhbərlikdə böyük təcrübəyə malik ispaniyalı menecerlərin çalışması gözlənilir. “Atletico” ilə əməkdaşlıq “Bakı”ya bu yolda çox kömək edəcək”.