1 iyun 2013 14:32
Ruslan Abışov: Mən kapitanlığı Rəşad Sadıqova təhvil vermək istəsəm də, o, etiraz etdi
Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın “Rubin” klubunun müdafiəçisi Ruslan Abışov Qətərlə yoldaşlıq oyununda kapitan sarğısını daşımasından danışıb. Azerisport.az saytına müsahibəsində o, bəyan edib ki, fasilədən sonra millinin əsas kapitanı Rəşad Sadıqov meydana çıxanda sarğını ona təhvil vermək istəyib:
“Düzdü, komandanı meydana kapitan kimi mən çıxarmışdım. Rəşad meydana daxil olanda ona yaxınlaşıb kapitanlıq sarğısını ona vermək istədim. Amma o, bildirdi ki, bu, düzgün deyil”.
“Düzdü, komandanı meydana kapitan kimi mən çıxarmışdım. Rəşad meydana daxil olanda ona yaxınlaşıb kapitanlıq sarğısını ona vermək istədim. Amma o, bildirdi ki, bu, düzgün deyil”.
