2 iyun 2013 02:17
III Caspian Cup: Yığmamız pley-off mərhələsində Gürcüstana rəqib oldu
Ötən gün AFFA-nın təşkilatçılığı ilə keçirilən ənənəvi III Caspian Cup beynəlxalq turnirində qrup mərhələsinə yekun vuruldu. Azerisport.az xəbər verir ki, artıq pley-off mərhələsində hansı komandaların üz-üzə gələcəyi də dəqiqləşib.
Beləliklə, Azərbaycan, Gürcüstan, Türkiyə və Yaponiya yığmaları öz qruplarını birinci yerdə başa vurublar. Bu komandalar yarımfinal mərhələsində finala çıxmaq üçün mübarizə aparacaqlar. Azərbaycan Gürcüstanla, Türkiyə Yaponiya ilə qarşılaşacaq.
Özbəkistan, Uruqvay, ABŞ və Bolqarıstan qrupdan ikinci yerlə çıxıblar. Bu kollektivlər 5-8 –ci yerlər uğrunda mübarizə aparacaqlar. Özbəkistan Uruqvayla, ABŞ Bolqarıstanla qarşılaşacaq.
Qırğızıstan, Qazaxıstan, İordaniya və Tacikistan isə qrup sonuncusu olublar. Bu kollektivlər də 9-12-ci yerlər uğrunda mübarizə aparmaq məcburiyyətində qalıblar. Qırğızıstan Qazaxıstanla, İordaniya da Tacikistanla üz-üzə gələcək.
Pley off mərhələsinin təqvimini təqdim edirik:
III Caspian Cup
Pley-off mərhələsi
2 iyun
17:00. Özbəkistan - Uruqvay
17:00. ABŞ - Bolqarıstan
20:00. Qırğızıstan - Qazaxıstan
20:00. İordaniya - Tacikistan
3 iyun
17:00. Azərbaycan - Gürcüstan
20:00. Türkiyə - Yaponiya
