2 iyun 2013 21:55
Özbəkistan və ABŞ qalib gəldi, Qazaxıstan uduzdu (YENİLƏNİB)
AFFA-nın təşkilatçılığı ilə keçirilən ənənəvi III Caspian Cup beynəlxalq turniri davam edir. Azerisport.az xəbər verir ki, bu gün pley-off mərhələsinin dörd qarşılaşması baş tutub.
Qruplarından ikinci yerlə çıxan Özbəkistan, Uruqvay, ABŞ və Bolqarıstan 5-8-ci yerlər uğrunda mübarizə aparıblar. Özbəkistan Uruqvayla, ABŞ Bolqarıstanla qarşılaşıb. Özbəkistan və ABŞ qalib gələrək 5-6-cı yerlər uğrunda mübarizə aparmaq hüququ qazanıblar. Bolqarıstanla Uruqvay isə 7-8-ci yerlər üçün mübarizə aparacaqlar.
Qırğızıstan, Qazaxıstan, İordaniya və Tacikistan isə qrup sonuncusu olublar. Bu kollektivlər də 9-12-ci yerlər uğrunda mübarizə aparmaq məcburiyyətində qalıblar. Qırğızıstan Qazaxıstanla, İordaniya da Tacikistanla üz-üzə gəlib. Qırğızıstan və Tacikistan milliləri qalib gəlməklə 9-10-cu yerlər üçün mübarizə aparmaq hüququ qazanıblar. Qazaxıstanla İordaniya isə sonuncu olmamaq uğrunda yarışacaq.
Pley off mərhələsinin daha iki oyunu sabah keçiriləcək. Azərbaycan, Gürcüstan, Türkiyə və Yaponiya yığmaları öz qruplarını birinci yerdə başa vurublar. Bu komandalar finala çıxmaq üçün mübarizə aparacaqlar. Azərbaycan Gürcüstanla, Türkiyə Yaponiya ilə qarşılaşacaq.
III Caspian Cup
Pley-off mərhələsi
2 iyun
Özbəkistan - Uruqvay - 1:1 (penaltilərlə 4:2)
ABŞ - Bolqarıstan - 2:0
Qırğızıstan - Qazaxıstan- 1:0
İordaniya - Tacikistan - 0:2
