1 iyun 2013 15:07

Ruslan Abışov: Kapitanlığı Rəşad Sadıqova təhvil vermək istəsəm də, o, etiraz etdi

Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın “Rubin” klubunun müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi
 
- Öncə Qətərlə yoldaşlıq oyunundan danışmağınızı istərdik. Qarşılaşma necə keçdi?
- İkinci hissədə ilk yarıya nisbətən daha yaxşı çıxış etdik. Birinci hissədə xeyli səhvlərə yol verdik. Bu da oyunumuza təsirsiz ötüşmədi. Dohada hava çox isti idi. Bu da komandamızın üzvlərinə təsir etməyə bilməzdi. Axı elə isti havada oynamağa o qədər də alışmamışıq. Buna baxmayaraq, ikinci yarıda hesabı bərabərləşdirə bildik. Məncə, oyunun nəticəsi ədalətli oldu.
 
- Maraqlıdı ki, siz Rəşad Sadıqovun meydana çıxmasından sonra da kapitan sarğısını daşımağa davam etdiniz...
- Bəli, o, meydana ikinci hissədə çıxdı. Komandanı isə meydana mən çıxarmışdım. Rəşad meydana daxil olanda ona yaxınlaşıb kapitanlıq sarğısını ona vermək istədim. Amma o, bildirdi ki, bu, düzgün deyil.
 
- Lüksemburqla seçmə mərhələ oyunundan nə gözləyirsiz?
- Çoxları bu komandanı zəif hesab edirlər. Amma Lüksemburq yığması futbol oynamağı bacarır. Biz bunu səfər matçında da gördük. Aydın məsələdi ki, onlar Bakıya məğlub olmaq üçün gəlmirlər. Çox istərdim ki, stadionda anşlaq olsun. Bu, komandamızda özünəinamı daha da artıra bilər. Mənə gəlincə, bu oyundan ancaq qələbə gözləyirəm. Bizim üçün istənilən başqa hesab qənaətbəxş sayılmayacaq.
 
- Azarkeşlər də komandamızdan ancaq qələbə gözləyirlər...
- Fanatların bizdən nəticə tələb etməyə haqqı var. Biz də çalışacağıq ki, bu oyundan mütləq 3 xalla ayrılaq.
 
- Artıq bir neçə aydı Kazanda yaşayırsız. Alışmısız?
- Bəli, mənim üçün orda çox rahatdı. Öz mənzilim, maşınım var. Yeni mövsümdən ailəm də mənim yanımda olacaq, onda işim daha da asanlaşacaq. Kazan gözəl şəhərdi, zəngin tarixi var.
 
- Geridə qalan mövsümdə “Rubin” sizin xidmətinizə o qədər də ehtiyac duymadı. Yeni mövsümdə necə olacaq?
- İlk aylarım uyğunlaşmaya getdi. Həm də komandanın oturuşmuş heyəti vardı. Bu üzdən baş məşqçi Kurban Berdıyev onu dəyişməyə ehtiyac duymurdu. Əsas heyətdə oynamaq üçün öz üzərimdə daha çox çalışmalıyam. “Rubin”dəki karyeram hələ yenicə başlayır.
 
- “Rubin”in Avropa Liqasında hədəfi nə olacaq?
- Mümkün qədər irəli getmək. İnanıram ki, azarkeşlərimizi sevindirə biləcəyik. “Rubin”in azarkeşləri sadəcə fantastikdilər.
 
- Təsadüfən sizdən Yuri Syominin “Qəbələ”yə baş məşqçi təyin olunması barədə nəsə soruşmurlar?
- Təkcə Syomin barədə soruşmurlar. Con Toşakın gəlişiylə də çox maraqlandılar. Belə mütəxəssislərin ölkəmizə gəlməsinə yaxşı mənada təəccüblənməkdədilər. Mənsə dedim ki, hələ 2-3 ildən sonra siz daha ciddi dəyişikliklərin şahidi olacaqsız. Əks halda Syomin, Toşak kimi mütəxəssislər boşuna bura gəlməzdilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.