2 iyun 2013 02:05
Fransa Kubokunun qalibi bəlli oldu
Futbol üzrə Fransa Kubokunun final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, həlledici oyunda “Bordeaux” “Evian”la qarşılaşıb.
Görüş kifayət qədər gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Beş qolun vurulduğu matçın qalibi “Bordeaux” olub.
Nəticədə, bu komanda tarixində dördüncü dəfə Fransa Kubokuna sahib çıxıb. Bundan öncə bordolular 1941, 1986, 1987-ci illərdə də baş mükafata sahib çıxmışdılar.
Fransa Kuboku
Final
Bordeaux - Evian - 3:2
