2 iyun 2013 02:57
Yığmamızın üzvü Rumıniya kubokunu qazandı, Azərbaycan bayrağı ilə qeyd etdi (VİDEO)
Futbol üzrə Rumıniya Kubokunun final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, həlledici oyunda “Petrolul” və “CFR Cluj” klubları qarşılaşıblar.
Görüşün taleyini bir qol həll edib. Onu da “Petrolul” vurub. Nəticədə, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin də heyətində yer aldığı bu komanda tarixində üçüncü dəfə ölkə kubokuna sahib çıxıb. “Petrolul” bundan öncə 1962–63 və 1994–95 mövsümlərində baş mükafata sahib çıxmışdı.
Nəziri final matçının iştirakçısı ola bilməyib. Amma mükafatlandırma mərasimində komandasının üzvləri kimi medal alan həmyerlimiz bu zəfərini Azərbaycan bayrağı ilə bayram edib.
Rumıniya Kuboku
Final
Petrolul – CFR Cluj - 1:0
