2 iyun 2013 02:58
Vüqar Əsgərovsuz Metallurg qələbə qazandı
Futbol üzrə Latviya çempionatında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun çıxış etdiyi Lieapaya “Metallurg”u bu dəfə “Jurmala” ilə qarşılaşıb.
Bu görüşdə Əsgərov forma geyməyib. Amma onun yoxluğunda komanda yoldaşları rəqibi 2 cavabsız qolla məğlub yola salmağı bacarıblar.
Qeyd edək ki, “Metallurg” hazırda 16 xalla beşinci yerdə gedir. Lakin həmyerlimizin komandasının ehtiyatda daha bir oyunu var.
Latviya çempionatı
9-cu tur
1 iyun
Metallurg - Jurmala - 2:0
