2 iyun 2013 03:46
Təmsilçimiz son 3 ilin İngiltərə çempionuna qarşı!
İyunun 1-də Londonun mərkəzi futzal arenasında İngiltərə Futbol Assosiasiyasının Milli Futzal Liqasının final mərhələsinin oyunları başlayıb. Azerisport.az xəbər verir ki, “Dördlər finalı”nda Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsisçisi olduğu “Baku United”dən başqa “Helvecia”, “London United” və “Şeffild” klubları iştirak edirlər.
Yarımfinalda “Şeffild”lə qarşılaşan “Baku United” çətin qələbə qazanıb. Komandamız qələbə topunu ikinci hissənin sonuna bir saniyə qalmış vurub. Bu qələbə “Baku United”i finala çıxarıb.
Finalda “Baku United” son üç mövsümün qalibi olan və braziliyalı legionerlərdən ibarət “Helvecia” klubu ilə qarşılaşacaq. Bu oyunun qalibi İngiltərə çempionu titulunu qazanacaq.
