2 iyun 2013 18:49
Neftçi Fenerbahçeyə rəqib oldu
Futzal üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, oyunlardan biri gözlənilməz nəticə ilə başa çatıb.
Belə ki, “Fenerbahçe” sensasion şəkildə “Araz”a qalib gəlib – 4:3.
“Neftçi” İSM isə “Ekol”u darmadağın edib – 7:0.
Beləliklə, Azərbaycan Kubokunun finalında “Neftçi” İSM ilə “Fenerbahçe” qarşı-qarşıya gələcək. Həlledici görüş iyunun 4-də keçiriləcək.
