2 iyun 2013 20:08

Cabbarovdan Azərbaycan - ABŞ matçında absurd qərarlar

AFFA-nın təşkilatçılığı ilə keçirilən ənənəvi III Caspian Cup beynəlxalq turniri davam edir. Lakin azerisport.az xəbər verir ki, sözügedən turnirə kölgə salan bəzi məqamlar da diqqətdən yayınmır.
 
Məsələ burasındadı ki, ötən gün qrup mərhələsinin son oyunu çərçivəsində keçirilən Azərbaycan – ABŞ görüşündə kifayət qədər kobud hakim səhvləri qeydə alındı. Öncədən qeyd edək ki, bu görüşü Rauf Cabbarov idarə edirdi.
 
U-17-lərin görüşlərində bir hissə 40 dəqiqədən ibarətdi. Lakin maraqlıdı ki, bu görüş zamanı tabloda 39-cu dəqiqə göstərərkən Cabbarov birinci hissəni başa vurdu. Bu, təbii ki, məğlub durumda olan yığmamızın üzvlərinin kəskin narazılığına səbəb oldu və onlar hakimin səhvə yol verdiyini ona başa salmağa çalışdılar. Məhz oyunçuların bu təzyiqindən sonra Rauf Cabbarov yenidən oyunu davam etdirdi (!).
 
İkinci hissədə hakim daha bir səhvə yol verdi. Qarşılaşmanın 64-cü dəqiqəsində yığmamızın üzvü Roman Hüseynova ikinci sarı vərəqə göstərildi. Lakin baş hakim bunu bir neçə saniyədən -  bloknotuna baxdıqdan sonra başa düşdü və futbolçumuzu çağırıb qırmızı vərəqəni göstərdi.
 
Cabbarovun ən böyük səhvi isə yığmamızın lehinə iki penaltini verməməsi oldu. Halbuki, onlardan ən azı birini vermək olardı. Yaxud da oyunçunun simulyasiyaya yol verdiyini düşünüb penalti təyin etmirsənsə, ən azından həmin futbolçuya sarı vərəqə göstərmək lazım olduğu da Cabbarovun yadına düşmədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.