3 iyun 2013 00:12

Baku United İngiltərədə ən güclü oldu

Böyük Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatının təsis etdiyi "Baku United" futzal klubu İngiltərə çempionu adını qazanıb. Azerisport.az xəbər verir ki, iyunun 1-də Londonun mərkəzi futzal arenasında İngiltərə Milli Futzal Liqasının "Dördlər finalı"nda rəqiblərinə qalib gələn "Baku United" İngiltərənin ən güclü futzal klubu olub.
 
"Dördlər finalı"nda "Baku United"dən başqa "Helvecia", "London United" və "Şeffild FK" klubları iştirak ediblər.
 
Püşkatmanın nəticəsinə görə, yarımfinalda "Şeffild"lə qarşılaşan "Baku United"in qələbəsi çətin başa gəlib. Hesabı birinci hissədə "Şeffild" açıb. Böyük üstünlüyünə baxmayaraq, "Baku United" hesabı yalnız 2-ci hissənin ortalarında bərabərləşdirə bilib. Oyunun son dəqiqələrində təzyiqi artıran komanda 2-ci hissənin sonuna bir saniyə qalmış qələbə topunu vurub. Bu qələbə "Baku United"i finala çıxarıb.
 
Final oyununda isə "Baku United" son 5 sezonun qalibi olan və braziliyalı legionerlərdən ibarət "Helvecia" klubu ilə qarşılaşıb. Oyun olduqca mürəkkəb və ağır mübarizə şəraitində keçib. Əsas vaxt 0:0 hesabı ilə bitsə də, əlavə vaxtda “Helvecia” hesabı açmağa müvəffəq olub. Bununla belə, böyük azarkeş dəstəyinə malik olan “bakılı” komanda 2-ci ekstra-taymın son dəqiqələrində bərabərlik qolunu vurub. Penallaşma seriyasında isə "Baku United" inamlı şəkildə 5-3 hesabı ilə qalib gəlmiş və İngiltərə çempionu adını qazanıb.
 
Beləlliklə, növbəti mövsümdə İngiltərəni UEFA kubokunda "Baku United" klubu təmsil edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.