3 iyun 2013 00:32
Bakının müdafiəçisi İrlandiyaya qarşı oynadı
Futbol üzrə Gürcüstan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qonşu ölkə millisi İrlandiya ilə üz-üzə gəlib.
Görüş irlandların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu görüşdə Premyer Liqamızda çıxış edən bir futbolçu da meydana çıxıb. “Bakı”nın gürcü legioneri Goergi Popxadze 69-cu dəqiqədə oyuna qoşulsa da, komandasının darmadağınına mane ola bilməyib.
