3 iyun 2013 00:25
AFFA hakimlərimizi Polşaya göndərir
AFFA azərbaycanlı futbol hakimlərini təlim-məşq toplanışına yollayacaq. Azerisport.az xəbər verir ki, futbol qurumu bu dəfə ədalət təmsilçilərinin Polşada hazırlıq keçməsini planlaşdırır.
Hakimlərimizin toplanışına iyulun 10-da start veriləcək. Təlim-məşq toplanışı iki həftə davam edəcək.
Qeyd edək ki, Polşaya 36 hakimin aparılması nəzərdə tutulur.
