3 iyun 2013 00:59
İnter Türkiyədə: Komanda bu gün ilk məşqə çıxacaq
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək komandalardan biri – “İnter” artıq bu turnirə hazırlıqlara start verib. Azerisport.az xəbər verir ki, “bankirlər” bu gecə Türkiyəyə yola düşüblər.
Paytaxt klubu İzmit şəhəri yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışı keçirəcək. Komanda bir neçə saat əvvəl məskunlaşacağı "Green Park" otelinə çatıb.
Bu gün sabah isə "İnter" qardaş ölkədəki ilk məşqinə çıxacaq.
