2 iyun 2013 12:53
Toni Adams: Con Toşak çempion olmaq istəyirsə...
“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda klub prezidenti Tale Heydərovun məsləhətçisi olan britaniyalı Toni Adamsın azerisport.az saytına müsahibəsi
- Toni Adams hazırda nə işlə məşğuldu7
- Bildiyiniz kimi, “Qəbələ” prezidentinin məsləhətçisiyəm. Klubun bütün işlərinə, hətta futbol akademiyasının işləri ilə də maraqlanıram.
- Yenidən məşqçi postuna qayıtmağa hazırlaşmırsız?
- Mən hələ burdakı işlərimi tamamlamamışam. Əlbəttə, məşqçi olmaq istərdim. Ola bilər ki, elə yenə “Qəbələ”ni çalışdırım. Mənim Heydərovla çox yaxşı münasibətlərim var. Amma klubdan getməyə hazırlaşmıram. Nə vaxt o, özü bunu istəsə, gedərəm

- Azərbaycanın digər klublarında da çalışmağa razı olardınız?
- Xeyr. Əgər Azərbaycanda məşqçi işləməli olsam, çalışdıracağım yeganə komanda elə “Qəbələ” olacaq.

- O zaman belə bir ssenari mümkündü ki, Yuri Syomindən sonra bu posta siz gələsiz?
- Heç vaxt sözünü demək olmaz. Hər şey ola bilər. Amma mən Syomini əvəz etmək istəmirəm. Ümumiyyətlə, futboldan danışarkən gələcək haqda fikir yürütməyi sevmirəm.

- Azərbaycanda çoxlu əcnəbi mütəxəssislər çalışsa da, onların çox az hissəsi burda uğur qazana biliblər. Sizcə, onların bu uğursuzluğu nə ilə bağlıdı?
- Bəli, doğrudan da əcnəbi məşqçilərin Azərbaycandakı fəaliyyəti o qədər də uğurlu alınmır. Azərbaycan gənc və inkişaf etməkdə olan ölkədi. Demək olar ki, “Neftçi” indi ən güclü klubunuzdu. Digər klublar da güclənməyə çalışırlar. Hər halda bu yolda əcnəbi mütəxəssislərin də müəyyən rolu var.

- Sizcə, Azərbaycanda hansı ölkənin mütəxəssisləri daha yaxşı uğurlar qazana bilərlər?
- Əgər nəzərə alsaq ki, yaxın keçmişdə Türkiyə futbolunu almaniyalı mütəxəssislər ayağa qaldırdılar, uğurlar qazandılar, o zaman Azərbaycana da məhz alman məşqçilər gətirilməlidi. Amma onlarla yanaşı azərbaycanlı məşqçilərin də inkişaf etməsi vacibdi.
- Düşünmürsüz ki, bizə daha yaxın olan gürcü, ukraynalı və ya rusiyalı mütəxəssislər Azərbaycanda sözünü daha yaxşı şəkildə deyə bilər?
- Rusiyada məşqçiliyin səviyyəsi aşağı düşüb. Xorvatiya, İspaniya və Hollandiyadan məşqçi gətirmək daha ideal variantdı. Biz Futbol Akademiyamıza Stenli Brardı təsadüfən gətirmədik. Siz daha çox əsas komandaları nəzərdə tutursuz. Amma biz eyni zamanda uşaq futbolunu da inkişaf etdirmək istəyirik ki, kompleks uğurlar qazana bilək. Bu yolda Syominin əsas komandaya gətirilməsi də gözəl variant oldu.

- Sizcə, daha böyük uğurlara nail olmaq üçün nə qədər vaxta ehtiyacımız var?
- Məncə, belə uğurlar üçün 10 ilə və dörd önəmli amilin olmasına ehtiyac var: istedad, zəhmət, infrastruktur və məşqçi. İnfrastruktur artıq sizdə var. Getdikcə daha da yaxşılaşmaqdadı. Zəhmət çəkmək baxımından futbolçulara daha çox öz üzərlərində çalışmaları lazımdı. Çünki istedadın varsa, bunu ancaq çoxlu əziyyətlərə qatlaşmaqla, zəhmət çəkməklə aça bilərsən. Əks halda heç nə alınan deyil. “Qəbələ”nin yaranmasından neçə il keçib?

- Səkkiz il...
- Amma gördüyünüz kimi, bizim hələ də əsas stadionumuz yoxdu.
- Azərbaycan çempionatının oyunlarına baxırsız?
- Hərdən oyunları internetdən izləyirəm. Bütövlükdə ölkə futbolunda baş verənlərdən də xəbər tuturam. “Simurq”, “Neftçi”, “Qarabağ” kimi klubların necə inkişaf etdiyini görürəm. Eyni zamanda “Xəzər Lənkəran”ın ikinci altlığa düşməsinə çox təəccübləndim. Növbəti mövsümdən çempionatın 10 komanda ilə keçirilməsi çox yaxşı qərardı.

- Bu yaxınlarda Azərbaycan çempionatına daha bir britaniyalı mütəxəssis gəldi. Sizcə, Con Toşakın “Xəzər Lənkəran”dakı fəaliyyəti necə alınacaq?
- Onlar kubokun finalında məğlub oldular. Mənə elə gəlir ki, Toşaka növbəti mövsümdə daha çətin olacaq. Çünki onlara “Neftçi” kimi komandanı qabaqlamaq, çempion olmaq üçün güclü futbolçular lazımdı. Təkcə yaxşı şəraitin yaradılması ilə dərhal uğur qazanmaq mümkünsüzdü. Futbolda bütün sahələr üzrə balansın olması vacibdi. Məsələn, yaxşı legionerlər almaq üçün pul lazımdısa, uşaq futboluna da eyni dərəcədə diqqətin göstərilməsi şərtdi. Özü də pulu ancaq əcnəbi futbolçulara xərcləmək olmaz.