2 iyun 2013 13:37

Simurq üçün məğlubedilməz: Neftçi və Bakı!

“Simurq” 2012/13 mövsümündə ümumilikdə 35 rəsmi qarşılaşmaya çıxdı. Azerisport.az xəbər verir ki, bunlardan 32-si Topaz Premyer Liqasında, qalanları isə Azərbaycan Kuboku çərçivəsində baş tutdu.
 
Topaz Premyer Liqasında komanda 12 qələbə, 12 heç-heçə və 8 məğlubiyyətlə 48 xal topladı. “Sarı-qara”lar ən yaxşı göstəricilərini ev oyunlarında göstərdi. XX tura qədər Zaqatala təmsilçisi doğma arenada rəqiblərinə məğlub olmadı. Georgi Çixradzenin yetirmələri ilk ev məğlubiyyətini “Neftçi” ilə görüşdə aldı. Daha sonra isə növbəti dəfə Topaz Premyer Liqasının final mərhələsində yenidən paytaxt təmsilçisinə minimal hesabla uduzan “Simurq”un Zaqatala şəhər stadionunda üçüncü məğlubiyyəti 24-cü turda “Bakı” ilə oyunda qeydə alınıb. Qalan 13 oyunun 8-də qələbə qazanan “Simurq”, 5 ev qarşılaşmasında isə rəqibləri ilə heç-heçə edib. Səfər görüşlərində isə 19 xal hesabına yazdıran Zaqatala təmsilçisi bunu 4 qələbə, 7 bərabərlik sayəsində bacarıb. Nəticədə “Simurq” tarixinin ikinci ən yaxşı nəticəsini göstərərək turnir cədvəlini dördüncü pillədə tamamlayıb.
 
“Simurq” həmçinin bu mövsüm yeni bir rekorda da imza atıb. Zaqatala təmsilçisi özünün startdakı məğlubiyyətsizlik oyunlar rekordunu təzələməklə yanaşı, yenisinə də imza atıb. Georgi Çixradzenin yetirmələri 2007/08-ci il mövsümündəki 7 görüşdə məğlub olmamaq rekordunu yeniləməklə, bunu 8 oyuna çıxardıb. Komanda IX turda “İnter”ə səfərdə minimal hesabla məğlub olmasıyla, cari mövsümdəki məğlubiyyətsizlik seriyası qırılıb.   
 
Azərbaycan Kubokunun 1/8 final mərhələsində səfərdə AZAL-ı minimal hesabla məğlub edən Zaqatala təmsilçisi ¼-ə yüksəldi. Bu “Simurq”un tarixində 3-cü bu cür göstəricisi idi. Buna qədər isə “sarı-qaralar” yalnız 2008/09 və 2009/10-cu il mövsümlərində kubokda bu mərhələyə qədər irəliləyə bilmişdi. Ötən il 1/8 final mərhələsində “Neftçi”yə məğlub olaraq kubokla vidalaşan “Simurq” bu dəfə ¼-də paytaxt təmsilçisini üstələyə bilmədi. Ev oyununda qolsuz heç-heçə edən “sarı-qaralar”, cavab qarşılaşmasında 120-ci dəqiqədə buraxdığı qoldan sonra kubokdan kənarlaşdı.
 
Bu görüşlərdə “Simurq” ümumilikdə rəqib qapısından 33 qol keçirdib. Öz qapısından isə 27 top buraxıb. Bu qollardan 32-si Topaz Premyer Liqasında qeydə alınıb. XVIII turda “Rəvan”la görüşdə rəqibin legioner limitini aşdığına görə paytaxt təmsilçisinə 3:0 hesablı texniki məğlubiyyət verilib. Bu səbəbdən komandanın 1:0 hesablı qələbəsi ləğv edilib və Zdravko Popoviçin bu görüşdə vurduğu qol qeydə alınmayıb. Premyer Liqada isə “Simurq” qapısından 26 qol buraxıb.
 
Topaz Premyer Liqasında “Simurq”un keçirdiyi oyunlarda ən çox qeydə alınmış hesab 1:0-dır. Belə başa çatan görüşlərin sayı 9-a bərabərdir. XVIII turdakı “Rəvan”la görüşün nəticəsi ləğv olunmasa idi, bunu 10 etmək olardı. 1:0 hesabı ilə bitən oyunların 6-sı “Simurq”un, 3-ü isə rəqiblərin xeyrinə bitib. Kubokdakı 3 görüşün ikisində də, bu hesab qeydə alınıb. 
 
“Simurq” bu mövsüm yalnız “Neftçi” və “Bakı” ilə görüşlərdə qələbəyə həsrət qalıb. Komandanın ən böyük hesablı qələbəsi “Turan”la görüşdə qeydə alınıb. “Simurq” Tovuz təmsilçisini doğma arenada 3:0 hesabı ilə məğlub etməyi bacarıb. Həmçinin bu mövsüm Zaqatala təmsilçisi tarixinin ən böyükhesablı məğlubiyyətini də alıb. Topaz Premyer Liqasının final mərhələsinin XXVII turunda “İnter”ə səfərdə 5:0 hesabı ilə uduzmaqla 8 illik tarixində ilk dəfə 5 və daha çox top fərqilə məğlub olub. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.