2 iyun 2013 15:43
Marin Orsuliç: Avroliqada uğurlu çıxışla azarkeşlərimizn etimadını doğrultmalıyıq
“Xəzər Lənkəran”ın futbolçusu Marin Orsuliçin azerisport.az saytına müsahibəsi
- Mövsüm artıq başa çatıb. Komandanız Premyer Liqada 9-cu oldu, kubokda isə finalda uduzdu...
- Əlbəttə, bu, komanda üçün heç də yaxşı mövsüm olmadı. Biz özümüz də bunu gözəl başa düşürük. Ümid edirdik ki, çempionatdakı uğursuzluğu kuboku qazanmaqla unutdura bilərik. Amma bu da alınmadı. “Neftçi” lotereyada bizdən daha güclü çıxdı.
- “Xəzər Lənkəran”ın əksər futbolçuları məhz sizin kimi lotereyada uduzduqlarını deyirlər. Yəni əsas vaxtda matçın taleyini həll edə bilməzdiniz?
- Əlbəttə, bizim əsas vaxtda da qol vurmaq şanslarımız oldu. Amma onları reallaşdırmağı bacarmadıq. Qarşılaşmanın əsas və əlavə vaxtının heç-heçə bitməsi isə meydanda iki bərabər güclü komandanın mübarizə aparmasından xəbər verir.

- Oyundan sonra “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov futbolçularla görüşdə nə dedi?
- O, oyunumuzdan razı olduğunu bildirdi və dedi ki, qələbə layiq idik. Xahiş etdi ki, ruhdan düşməyək, artıq növbəti mövsüm haqda düşünək.

- Kubokun final matçından sonra siz də “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçə nəyisə başa salmağa çalışırdınız...
- Hə, ona bildirməyə çalışdım ki, penalti seriyası zamanı onun özünü elə aparması lazım deyildi. Öncə Con Toşak yaxınlaşdı, sonra da mən. Stamenkoviçin hərəkətləri hətta bəzi “Neftçi” oyunçularının da xoşuna gəlməmişdi.

- Yeni mövsüm artıq iyulda başlayır. Komandanızı çempionatdan öncə Avropa Liqasının oyunları gözləyir. Püşkatma barədə düşünməmisiz?
- Xeyr. Hələ bu haqda düşünmürük. Yaxşı istirahət etmək lazımdı. Çünki yenidən toplaşacağıq. Təlim-məşq toplanışına heç bir yorğunluğumuz olmadan başlamalıyıq.

- “Xəzər Lənkəran”ın Avroliqadakı perspektivini necə görürsüz?
- Başa düşürük ki, indiki məqamda bütün azarkeşlərimiz bizdən yalnız bu turnirdə uğur qazanmağı gözləyir. Mümkün qədər irəli getmək lazımdı. Rəqiblərimizi doğma meydanda qəbul edəcəyik. Uğursuzluqlarımıza baxmayaraq, möhtəşəm azarkeşlərimiz bizi yalnız qoymurlar. Onlar hətta kubokun final oyununda Bakıya da gəlmişdilər, bizi dəstəklədilər. İndi biz onların etimadını doğrultmalıyıq.