3 iyun 2013 02:01
Braziliya və İngiltərə bərabərə qaldı, Almaniya məğlub oldu
Futbol üzrə milli komandaların yoldaşlıq görüşləri davam edir. Azerisport.az xəbər verir ki, ötən gecə daha bir neçə yoldaşlıq görüşü baş tutub.
Günün ən çox maraq doğuran görüşlərindən biri Braziliya və İngiltərə yığmaları arasında baş tutub. Görüş sülhlə bitib. ABŞ millisi ilə qarşılaşan Almaniya isə məğlubiyyətlə üzləşib. İrlandiya Gürcüstana 4 cavabsız qolla qalib gəlibsə, Ukrayna – Kamerun matçında hesab açılmayıb.
Yoldaşlıq oyunları
2 iyun
Lesoto – CAR – 0:2
Sudan – Tanzaniya – 0:0
Əlcəzair - Burkina Faso – 2:0
İrlandiya – Gürcüstan – 4:0
Ukrayna – Kamerun – 0:0
ABŞ – Almaniya – 4:3
Braziliya – İngiltərə - 2:2
