3 iyun 2013 18:24

“Mənsimov finalda qalib gələcəyimiz halda vəd etdiyindən də artıq mükafat verdi”

“Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatake Rumıniya mətbuatına maraqlı açıqlama verib. Azerisport.az xəbər verir ki, o, “Neftçi” ilə Azərbaycan Kubokunun finala matçından (0:0, penaltilərlə 3:5) sonra uduzmalarına rəğmən klubun fəxri prezidenti Mübariz Mənsimov tərəfindən mükafatlandırılmalarının şokundan ayılmadıqlarını bəyan edib:
 
“Bu oyunun ilk hissəsində çox yaxşı təsir bağışladıq. Amma görüşün taleyini penaltilər həll etdi. Məğlub olduğumuz görüşdən sonra isə karyeramda heç vaxt üzləşmədiyim hadisə baş verdi. Klub prezidenti (o, yanlışlıqla Mübariz Mənsimovu klub prezidenti kimi təqdim edib – azerisport.az) oyundan sonra komanda ilə görüşdə və bildirdi ki, bizimlə fəxr edir. Finaldan məğlub ayrılsaq da, o, bizə qarşı qətiyyən hirsli deyildi. Bizim sərgilədiyimiz oyun onun çox xoşuna gəlmişdi. Oyundan öncə qələbə qazanacağımız halda bizə mükafat vəd olunmuşdu. Lakin biz uduzsaq da belə, qələbəyə görə vəd olunandan da artıq mükafat aldıq. Hətta paltardəyişmə otağından çıxanda artıq mükafatlar hər futbolçunun əlində idi”.
 
Skarlatake Azərbaycan Premyer Liqasından danışıb, onu Rumıniya çempionatı ilə müqayisə edib: “Rumıniya çempionatının səviyyəsi daha yüksəkdi. Amma Azərbaycan Premyer Liqasına azacıq nəsə lazımdı ki, Rumıniyaya çatsın. İnanıram ki, yaxın 2-3 ildə onlar buna da nail olacaqlar. Azərbaycanda futbola çoxlu sərmayə qoyulur. Zamanla bu ölkə Avroliqanın qrup mərhələsində iki klubla təmsil oluna biləcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.