3 iyun 2013 18:12
Mourionyo rəsmən Çelsidə! (FOTO)
İspaniya “Real”ının sabiq baş məşqçisi Joze Mourinyonun İngiltərənin “Chelsea" klubuna dönüşü rəsmiləşib. Azerisport.az xəbər verir ki, bu haqda London klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, artıq Joze Mourinyo ilə razılığa gəlinib. Portuqaliyalı mütəxəssislə dörd illik müqavilə imzalanıb.
Mourinyonun rəsmi təqdim mərasimi isə iyunun 10-da “Stemford Bric” stadionunda baş tutacaq.
