3 iyun 2013 18:08
Roberto Karlos rəsmən Cihanın baş məşqçisi oldu (FOTO)
Braziliya futbolunun canlı əfsanəsi Roberto Karlosun Türkiyənin "Sivasspor" klubunun baş məşqçi postuna keçidi rəsmiləşib. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Karlos Sivas təmsilçisi ilə 1+1 sistemi ilə müqavilə imzalayıb. "Sivasspor"un azarkeşləri də Roberto Karlosun gəlişini alqışlarla qarşılayıblar və bu zaman izdiham yaşanıb. Belədə 40 yaşlı sabiq futbolçunu gətirən avtomobil çətinliklə klubun ofisinə daxil ola bilib.
Qeyd edək ki, "Sivasspor"da Azərbaycan millisinin hücumçusu Cihan Özkara çıxış edir.
