3 iyun 2013 18:52
Qəbələdə daha bir təyinat (FOTO)
"Qəbələ"nin əsas heyətinə yeni fizioterapevt cəlb olunub. Azerisport.az xəbər verir ki, daha öncə Azərbaycan milli komandası, "Şəmkir", "Karvan", "Əl-Vasl" (Birləşmiş Ərəb Əmirlikləri) və "Neftçi" kimi klublarda çalışmış Rahim Məhərrəmov fəalyyətini "Qəbələ"də davam etdirəcək.
Onunla birillik müqavilə imzalanıb. Məlumatı klubun rəsmi saytı yayıb.
Xatırladaq ki, daha öncə bu postda türkiyəli fizioterapevt Erdoğan Akçiçek çalışırdı.
