3 iyun 2013 11:18
Cihan Özkara millimizdən kənarlaşdırıldı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində iyunun 7-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Lüksemburq oyununa hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan millimizin heyətində dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki, Türkiyənin "Sivasspor" klubunda çıxış edən Cihan Özkara yığmamızdana kənarlaşdırılıb.
Bu barədə AFFA məlumat yayıb. Məlumatda bildirilir ki, o, zədəli olduğu üçün bu gündən etibarən millinin toplanışında iştirak etməyəcək.
