3 iyun 2013 11:32
Yığmamızın Gürcüstanla oyununa hakim təyinatları açıqlandı
AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən III Caspian Cup beynəlxalq turnirində bu gün 1/2 final mərhələsinə vəsiqə qazanmış komandalar meydana çıxacaqlar. Azerisport.az xəbər verir ki, saat 17:00-da Azərbaycan və Gürcüstan, saat 20:00-da isə Türkiyə və Yaponiya yığmaları qarşılaşacaq.
Hər iki oyun Bayıl stadionunda keçiriləcək. Artıq bu oyunlara hakim təyinatları da bəllidi:
Azərbaycan – Gürcüstan
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Munis Abdullayev, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Pərviz Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
Türkiyə – Yaponiya
Hakimlər: Anar Salmanov, Ramil Namazov, Vüsal Qənbərov, Yusif Nurullayev
AFFA nümayəndəsi: Elşad Ağayev
Hakim-İnspektor: Xaqani Məmmədov
