4 iyun 2013 00:06
“Azərbaycan yığması ikinci hissədə bizdən daha yaxşı oynadı”
III Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilmiş Azərbaycan – Gürcüstan matçından sonra rəqib komandanın çalışdırıcısı Nodar Akobiya fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, gürcülərin baş məşqçisi penaltilərlə məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
"Hakimlik haqda mənfi fikir bildirməyə haqqımız çatmır. Həqiqətən yüksək səviyyəli oyun idarə etdilər. Oyuna gəlincə, finala çıxmaq üçün hər iki komandanın şansları var idi. Azərbaycan yığması ikinci hissədə bizdən daha yaxşı oynadı".
