4 iyun 2013 00:11
AFFA Türkiyə Super Kuboku uğrunda oyunu Bakıda təşkil etməkdən boyun qaçırdı
"Galatasaray" və "Fenerbahçe" komandaları arasında Türkiyə Super Kuboku uğrunda bu il avqustun 11-də keçiriləcək oyunun Bakıda təşkil olunması ilə bağlı Türkiyə Futbol Federasiyasının müraciəti AFFA tərəfindən cavablandırılıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, oyun gününədək qalan vaxtın məhdud olması nəzərə alınaraq, Türkiyə Super Kuboku uğrunda qarşılaşmanın bu il Bakıda keçirilməməsi məqsədəuyğun sayılıb.
