4 iyun 2013 00:18
“Təəssüf ki, finala yüksələ, Azərbaycan yığması ilə qarşılaşa bilmədik”
Bakıda təşkil olunan III Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilmiş Türkiyə – Yaponiya matçından (1:0) sonra hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, çalışdırıcılar bunları dilə gətiriblər:
Hakan Tecimer (Türkiyə yığmasının baş məşqçisi): "Belə turnirlər gənc futbolçuların təcrübələrini artırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, finala vəsiqə qazandıq. Yaxşı hazırlığa malik komandaya qarşı oynadıq. Bir neçə qol imkanımız olsa da, cəmi 1 dəfə fərqlənə bildik".
Yoşitake Hirofumi (Yaponiya yığmasının baş məşqçisi): "Təəssüf ki, finala yüksələrək Azərbaycan yığması ilə qarşılaşa bilmədik. Oyunda çox sayda qol epizodu yaratdığımızı demək olmaz. Türkiyə komandası bizdən daha yaxşı oynayıb qələbə qazandı. Etiraf edim ki, əvvəlki oyunlarla müqayisədə zəif oynadıq".
