3 iyun 2013 12:25
“Təşkilatçılar bizə yaxşı şərait yaradıblar”
Bakıda təşkil olunan III Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilmiş Özbəkistan – Uruqvay matçından (1:1, 3:1-pen) sonra Özbəkistan yığmasının baş məşqçisi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Timur Alimhocayev bunları dilə gətiriblər:
“Yaxşı oyun oldu. Hər iki komanda layiqli mübarizə apardı. Sonda daha güclü olan qalib gəldi. Təşkilatçılar bizə yaxşı şərait yaradıblar. Onlara buna görə təşəkkür edirəm”.
