4 iyun 2013 00:35
Barcelona Neymarı ictimaiyyətə təqdim etdi (VİDEO, FOTOLAR)
İspaniyanın “Barcelona” klubu ötən gün yeni transferi Neymarı ictimaiyyətə təqdim edib. Azerisport.az xəbər verir ki, “Nou Kamp” stadionunda baş tutan tədbirdə 56 min 500 azarkeş iştirak edib.
Qeyd edək ki, 21 yaşlı braziliyalı futbolçu çıxışına Kataloniya dilində başlayıb. “Mən “Barselona”nın oyunçusu olmaqdan xoşbəxtəm. İndi çox həyəcanlıyam” – deyə o bildirib.
“Barcelona”nın vitse-prezidenti Xosep Mariya Bartomeu Neymara görə onun sabiq klubu “Santos”a 57 milyon avro ödədiklərini bildirib.
Beşillik müqaviləyə əsasən, bundan sonra Neymarı heyətinə qatmaq istəyən klub “Barsa”ya 190 milyon avro təzminat ödəyəcək.
