3 iyun 2013 12:53

Xaqani Məmmədov: Bizim hakimlər ünlü futbolçulardan çəkinirlər

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun azerisport.az saytına müsahibəsi
 
- Qəbələdə keçirilən 15 yaşlı komandalar arasındakı beynəlxalq turnirə qatılan klubların məşqçiləri hakimlikdən çox şikayətləndilər...
- Mən də həmin oyunların bəzisində oldum. Amma ciddi hakim səhvləri görmədim. Razıyam ki, “Qəbələ” – “Zenit” matçından sonrakı penalti seriyasında hesab 4:2 olarkən hakim görüşün başa çatdığını bildirən fiti səsləndirmədi. Digər iddialarla isə razılaşmıram. Səhvlər olsa da, bunlar nəticəyə təsir etməyib. Hər halda mənim özüm üçün çox önəmli nəticə çıxarmış oldum.
 
- Sirr deyilsə, bu, nə nəticədi?
- Növbəti belə turnirlərə ingilis dilini daha yaxşı bilən hakimlərimizi göndərəcəyik. Çünki bir neçə dəfə gördüm ki, futbolçular hakimin üstünə düşəndə, onlar ünsiyyət qura, başa sala bilmirdilər.
 
- Mövsüm artıq başa çatdı. Hansı hakimlər daha yüksək qiymətlər aldılar?
- Aydın məsələdi ki, biz hakimlərə verilən qiymətləri açıqlamırıq. Amma mövsümün sonu olduğunu nəzərə alıb, ən yaxşı beşliyi açıqlaya bilərəm. Bunlar Əliyar Ağayev, Rəhim Həsənov, Fariz Yusifov, Vüsal Əliyev və Anar Salmanovdu.
 
- Bu, o deməkdi ki, AFFA beynəlxalq dərəcə almaq üçün FİFA-ya adlarını təqdim edəcəyi hakimləri müəyyənləşdirib?
- Onların hələlik ikisinin adını çəkə bilərəm. Bunlar Əliyarla Rəhimdi. Üçüncü hakimin adını isə ilin sonunda açıqlayacağıq.
 
- Amma razılaşın ki, Əliyar Ağayev ölkə kubokunun finalında kobud səhvə yol verdi. O, “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçə penalti seriyası zamanı etdiyi hərəkətlərə görə sarı vərəqə verməli olduğu halda, bun etmədi...
- Bəli. Amma burda bir məqam var. Ağayev sadəcə qapıçının hərəkətlərini görmədi. Köməkçiləri də ona bu barədə heç nə bildirmədilər. Nədənsə heç hakimin belə bir gərgin oyunu səhvsiz idarə etməsindən danışan yoxdu. Azərbaycanda hakimləri Avropada çox tez-tez gördüyümüz səhvlərə görə günahlandırmağı sevirlər. Məsələn, “Bayern” – “Barcelona” və “Borussia” – “Malaga” matçlarında o qədər hakim səhvləri oldu, amma heç kimi cəzalandırmadılar. Bilirsizmi niyə?
 
- Niyə?
- Çünki FİFA və UEFA hakimlərin arxasında dayanıb.
 
- Bəs AFFA dayanmır ki?
- Böyük ölçüdə bizdə də hər şey qaydasındadı. Amma hərdən elə də olur ki, bəzi hakimlər çoxlu səhvlərə yol verdiyi halda, yenə hakimliyə davam edirlər.
 
- Kimi nəzərdə tutursuz?
- Rauf Cabbarov. Mən dəfələrlə onun oyununda olmuşam və aşağı qiymət vermişəm. Amma hərdən görürsən ki, onun atası – Hakim-İnspektorlar Komitəsinin rəhbəri Gülağa Cabbarov öz oğluna səhvə yol verməyən hakimlərdən daha yüksək qiymət yazır.
 
- Mövsüm demək olar ki, çox gərgin və qalmaqallı keçdi. Hətta bəzi hakimlər işindən azad olundu...
- Mövsümün əvvəlində Rövşən Əhmədov hakimlikdən uzaqlaşdırıldı. Mövsümün sonunda isə Elçin Məmmədovla Anar Salmanov. Lakin Anar ilin sonunda UEFA-nın birinci kateqoriyasını ala bilsə, Premyer Liqaya qaytarılacaq. Hazırda ikinci kateqoriyaya malikdi. Əgər Salmanov birinci kateqoriya ala bilməsə, növbəti mövsümdən Birinci Divizion oyunlarını idarə edəcək.
 
- Bəs gedənləri kim əvəzləyəcək?
- Əvəzləyicilər var. Amma bununla bütün problemlərin həll olunduğunu düşünmək olmaz. Problemlər var idi, indi də var, bundan sonra da olacaq.
 
- Sizcə, Azərbaycanda hakimliyin əsas problemi nədədi?
- Vərəqələrdə. Mexanizm düzgün seçilməyib. Nə vaxt vərəqə vermək lazım gəlirsə, vermirlər. Amma elə yerdə vərəqə göstərirlər ki, ona heç ehtiyac da olmur. Və təbii ki, bir qədər populyar futbolçular qarşısında çəkinmələri.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.