3 iyun 2013 13:04
Atletico Bakını Madriddə keçiriləcək turnirə dəvət etdi
Avqustda Madriddə dörd komandadan ibarət beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnir İspaniyanın “Atletico” klubu tərəfindən təşkil olunacaq.
Sözügedən turnirdə “Bakı” da iştirak edəcək. Artıq qardaşlaşan klublar əməkdaşlıq çərçivəsində belə bir addım atmağa qərar veriblər.
Qeyd edək ki, turnir olimpiya sistemi ilə keçiriləcək.
