3 iyun 2013 13:17
Lüksemburq yığması Bakıya sabah gələcək
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq Lüksemburq seçməsi sabah Bakıya gələcək. Azerisport.az xəbər verir ki, millimizin rəqibi “Hilton” otelində məskunlaşacaq.
İyunun 5-də Lyuk Holtsun yetirmələri Bakıda ilk məşqə çıxmağı planlaşdırır. Ayın 6-da isə yığmamızın rəqibi oyunun keçiriləcəyi arenada sonuncu hazırlığını keçəcək.
Qeyd edək ki, Azərbaycan – Lüksemburq oyunu iyunun 7-də keçiriləcək.
