3 iyun 2013 13:28
Güloğlan Cabbarov polis idarəsinə çağırıldı, istintaqa cəlb olundu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan kubokunun finalında baş verən hadisələrlə bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu tərəfindən açılan cinayət işi davam etdirilir. Azerisport.az xəbər verir ki, yayılan son xəbərlərə görə, “Neftçi”nin keçmiş rəisi Güloğlan Cabbarov Baş Polis İdarəsinin İstintaq Şöbəsində dindirilib və ölkəni tərk etməmək haqqında iltizam alınaraq sərbəst buraxılıb. Cabbarovun mətbuata hər hansı açıqlama verməsi də qadağan olunub.
Azərbaycan kubokunun finalındakı adam döymə hadisəsində iştirak edərək insanlara bədən xəsarətləri yetirən “Neftçi” klubunun əməkdaşlarının saxlanılaraq dindirilməsi üçün Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə əməliyyat tərbirlərini davam etdirir.
