4 iyun 2013 01:07
Avropada mövsümün ən yaxşı qolları sırasında azərbaycanlı imzası (VİDEO)
İngiltərənin nüfuzlu “The Guardian” nəşri Avropada 2012-2013-cü il mövsümünün ən gözəl qollarının ilkin siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, siyahıya azərbaycanlı futbolçu Şəhriyar Əliyevin də qolu salınıb.
“Bakı”nın müdafiəçisi “İnter”lə Azərbaycan Kubokunun təkrar 1/4 final mərhələsinin oyununda 68-ci dəqiqədə daban zərbəsi ilə fərqlənmişdi. Məhz bu gözəl qol sayəsində “Bakı” 2:2 hesablı heç-heçəyə nail olaraq, yarımfinala yüksəlmişdi.
Hələlik siyahıda 30 gözəl qol yer alıb. “Guardian” nəşri oxuculardan başqa gözəl qolların videogörüntülərini göndərmələrini istəyib. Bundan sonra isə sorğu keçiriləcək və ən yaxşı qolun müəllifi müəyyənləşəcək.
