4 iyun 2013 01:26
Syomin: Lokomotivin bir futbolçusu ilə razılığa gəlmişik
Moskva “Lokomotiv”inin bir futbolçusu icarə qaydasında “Qəbələ”də çıxış edəcək. Azerisport.az xəbər verir ki, bu haqda Rusiya mətbuatına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Yuri Syomin məlumat verib.
Onun sözlərinə görə, artıq bununla bağlı razılıq əldə edilib. Syomin konkret ad çəkməsə də, sayt iddia edib ki, bu futbolçu “Lokomotiv”in 39 yaşlı mərkəz yarımmüdafiəçisi Dmitri Loskovdu.
Bundan başqa Syominin “Lokomotiv”in iki keçmiş oyunçusu - belaruslu qapıçı Anton Amelçenko və Vladimir Maminovu da yeni komandasına cəlb etmək istədiyi iddia olunur.
“Maminov kimi oyunçuların doğma komandasında əsas heyətdə yer almamasına təəccüblənirəm. O, komanda üçün çox şey etmişdi. Mən məmnuniyyətlə, yenidən Maminov və “Lokomotiv”in digər oyunçuları ilə çalışmaq istərdim. Amma indi hər şey məndən yox, futbolçulardan da asılıdır. İndidən yalnız onu söyləyə bilərəm ki, “Lokomotiv”in bir oyunçusunu icarə qaydasında heyətimizə cəlb etmək haqda razılığa gəlmişik. Amma onun adını açıqlamaq istəmirəm” – deyə Syomin bildirib.
Xatırladaq ki, Y.Syomin müxtəlif vaxtlarda uzun müddət “Lokomotiv”in baş məşqçisi işləyib.
